Yaxın həftələrdə Rusiyanın hücum əməliyyatları Donbas ərazisindəki Severodonetsk-Lısıçanskı ələ keçirib-ələ keçirməməsindən asılı olmayaraq, çox güman ki, dayandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) 23 iyun tarixinə Ukraynanın şərqindəki vəziyyəti qiymətləndirməsində deyilir.
ISW-nin fikrincə, bu, çox güman ki, Ukrayna qüvvələrinə “ehtiyatlı əks-hücumlara” başlamaq imkanı verəcək.
“Kremlin Severodonetskin ələ keçirilməsi ilə bağlı ideoloji vəsvəsəsi, eləcə də Azovstalın mühasirəsi açıq şəkildə Rusiyanın Ukraynada irəliləyiş qabiliyyətini sarsıdacaq”, - institutun ekspertləri bildiriblər.
Onların hesablamalarına görə, Severodonetskin itirilməsi Ukrayna üçün müvəqqəti ərazi itkisidir, lakin şəhər uğrunda döyüş Rusiya üçün həlledici qələbə olmayacaq.
Qeyd olunur ki, son bir neçə gündə Rusiya qüvvələri Severodonetsk-Lısıçansk bölgəsində mühüm uğurlar əldə edib. Eyni zamanda , Ukrayna qoşunları öz məqsədlərinə əsasən rus ordusunu ləngitməklə və tükəndirməklə nail olublar.
Gülayə Mecid