Braziliyada yaşayan 37 yaşlı Meirivone Rocah Moraes adlı qadın oyuncaqla evlənib.
"Unikal" xəbər verir ki, tək qalmaqdan şikayətlənən Moraesə anası parçadan ibarət oyuncaq tikib. Belə ki, qadın sonradan oyuncağa aşiq olub və onunla evlənmək qərarına gəlib.
Özünə toy edən braziyalı fotolarını sosial şəbəkə hesabında paylaşıb. Qadının bu addımı hər kəsin təəccübünə səbəb olub. Bir müddət sonra qadın xəstəxanadan foto paylaşaraq, ana olduğunu açıqlayıb. Qadın qucağına aldığı körpə isə oyuncaq olub.