Kaliforniya məhkəməsi milyarder, "Tesla" şirkətinin baş direktoru Elon Maskın oğlunun doğum şəhadətnaməsində adının və cinsinin dəyişdirilməsi tələbini təsdiqləyib.
"Unikal" xəbər verir ki, Vivian Jenna Wilson ərizəni aprel ayında 18 yaşı tamam olandan bir gün sonra Los Angeles County Ali Məhkəməsinə verib.
Dəyişikliyə səbəb kimi o, cinsi kimliyini və atasını bəyənmədiyini göstərib.
"Mən artıq bioloji atamla heç bir şəkildə yaşamıram və onunla qohum olmaq istəmirəm",- deyə ərizədə yazıb.
Hakim Rafael Ongkeko heç kim dəyişikliyə etiraz etmədikdən sonra çərşənbə günü Santa Monika məhkəməsində ərizəni qəbul edib.
Aynurə Xudaverdiyeva