Şimali Koreya lideri Kim Çen In iyunun 21-23-də Koreyanın Əmək Partiyasının səkkizinci çağırış Mərkəzi Hərbi Komissiyasının (MHK) genişləndirilmiş iclasını keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iclasda Kim Çen In hərbi-siyasi fəaliyyətdə riayət olunacaq əsas prinsiplər barədə yekun çıxış edərək, Şimali Koreya ordusunun hərbi qüdrətinin gücləndirilməsi əmrini verib.
"Güclü iradə və əzmlə aradan qaldırılmalı olan hazırkı mübarizə inqilabın əsasını təşkil edən Koreya Xalq Ordusunun hərbi-texniki potensialının davamlı olaraq təkmilləşdirilməsini və müdafiənin gücləndirilməsini istər-istəməz tələb edəcəkdir", - deyə Koreya lideri bildirib.