"Bu gün danışıqlarda ATƏT-in Minsk qrupunu müzakirə etmədik. Çünki Minsk qrupu öz fəaliyyətini dayandırıb".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Minsk qrupu ABŞ və Fransanın təşəbbüsü ilə fəaliyyətini dayandırıb.