Keçmiş dünya liderləri - Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaid ((2016-2021), Polşa Prezidenti Aleksandr Kvasnevski (1995-2005) və İsveçin Xarici İşlər Naziri Karl Bildt (2006-2014) ruslar tərəfindən dağıdılmış Qostomel hava limanında olublar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
"Yüksək rütbəli xarici nümayəndə heyətinin nümayəndələri Rusiya Federasiyası tərəfindən dağıdılan hava limanında əfsanəvi An-225-in məhv edilməsinin nəticələrini öz gözləri ilə gördülər", - deyə KİV qeyd edib.
Gülayə Mecid