"Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya şirkətləri ilə 20 min ton təmir yolu relsinin alınması barədə müqavilə var ki, onun artıq üçdə bir hissəsi yerinə yetirilib.
Nazir azad olunmuş torpaqlarda onlarla Rusiya şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb.