Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarını söndürmək üçün Azərbaycandan gələn Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin ekipajı ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş Muğla şəhərinin Dalaman hava limanında olub.