Almaniyanın mərkəzi hökuməti Rusiyanın bu ölkə ərazisinə çəkilən “Şimal axını-2” qaz kəmərinin bir hissəsindən necə istifadə edəcəyini müəyyənləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə "Spiegel" federal hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hökumət kəmərin özünə məxsus hissəsini milliləşdirməyi planlaşdırır - və artıq belə bir addımı nəzərdən keçirməyə başlayıb.
Uzunmüddətli plana əsasən, milliləşdirildikdən sonra “Şimal axını-2”nin Almaniya hissəsi boru kəmərinin qalan hissəsindən kəsiləcək. Bundan əlavə, Almaniyanın Rusiyadan qaz nəqlindən imtina etmək üçün tikməyi planlaşdırdığı mayeləşdirilmiş təbii qaz terminallarının istismarı üçün milliləşdirilmiş infrastrukturdan istifadə etmək mümkündür.
"Spiegel" qeyd edir ki, Baltik sahillərində ən azı bir LNG terminalı tikilməlidir ki, ölkənin şərq və cənub hissələri (xüsusən də Bavariya) mayeləşdirilmiş təbii qaz ala bilsin. Qəzet “İndiyə qədər bu regionlar birbaşa Putin imperiyasından gələn boru kəmərlərindən asılı olublar.
Xatırladaq ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek federal hökumətin kömürlə işləyən elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırdığını bildirib . Bu və Berlinin həyata keçirməyi planlaşdırdığı digər təcili tədbirlər Rusiya qazının istehlakını azaltmaq üçün lazımdır.