Ukrayna Milli Polisi paytaxtın mərkəzində Rusiya hökumətinə məxsus “Rosatom”a binasını ələ keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Polisi məlumat yayıb.
Polis binanın sahəsinin 1 min kvadratmetrdir və dəyəri - 60 milyon qrinva olduğunu açıqlayıb.
"Bu binanın sahibi haqqında məlumatı gizlətmək üçün müvafiq məlumatlar Daşınmaz Əmlak Hüquqlarının Dövlət Reyestrinə daxil edilməyib, yalnız Kiyev Şəhər Texniki İnventarlaşdırma və Daşınmaz Əmlakın Mülkiyyətinin Qeydiyyatı Bürosunun sənədlərində öz əksini tapıb" - deyə polis bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları binada axtarış aparıb və Kiyevin Peçersk Rayon Məhkəməsinin müstəntiq hakiminin qərarı əsasında əmlaka həbs qoyub.
“Hazırda Rusiya səhmdar cəmiyyətinin əmlakının Ukraynanın Korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin aşkarlanması, təhqiqi və idarə edilməsi üzrə Milli Agentliyinə verilməsi məsələsi həll edilir”, - məlumatda deyilir.
Gülayə Mecid