Rusiya prezidenti Vladimir Putin taxıl yüklü gəmilərin Ukraynanın Qara dəniz limanlarından çıxarılması ilə bağlı isterikanın süni şəkildə artdığını və Moskvanın sözügedən gəmilərin rahat keçidini təmin etməyə hazır olduğunu bildirib.
"Unikal" Sputnik Türkiyəyə istinadən xəbər verir ki, BRICS Plus toplantısında videokonfrans vasitəsilə danışan Putin, "Qara dəniz limanlarından daşımaların dayandırılması ilə bağlı isteriyanın süni olduğunu deyib:
"Bu (Ukrayna) taxıl məhsulları qlobal taxıl bazarındakı problemləri həll etmir. Problem bu, deyil. Mən ictimaiyyət qarşısında dəfələrlə demişəm. Bir daha vurğulamaq istərdim ki, Rusiya Ukrayna taxılının bu ölkədən çıxarılmasına mane olmur və taxılla yüklənmiş gəmilərin beynəlxalq sulara rahat keçməsini təmin etməyə hazırdır. Əlbəttə, əgər Ukrayna əsgərləri yükləmə limanlarını və yaxınlıqdakı hövzəni minalardan təmizləsələr”, -deyə o, bildirib.
Gültəkin Ələsgər