Son zamanlar kobud səhvləri və maraqlı gedişləri ilə gündəmdə olan ABŞ prezidenti Co Bayden bu dəfə əlindəki kağız parçası ilə gündəm olub.
"Unikal" xəbər verir ki, 79 yaşlı Bayden Ağ Evin Qubernator Ruzvelt otağında əmək liderləri və özəl şirkət nümayəndələri ilə görüşüb. lclasda verdiyi açıqlamalarla yanaşı, Baydenin əlindəki kağız parçası bütün diqqətləri üzərinə çəkib.
Prezidentin əlindəki kağızda etməli olduğu hər şeyin bir-bir yazıldığı təlimatların siyahısı olduğu görülüb.
Kağızda “Siz oturacaqsınız”, “İştirakçılara təşəkkür edəcəksiniz” və “Otaqdan çıxacaqsınız” kimi göstərişlər var.
Məlum olub ki, Baydenin etməli olduğu hər şey bu “təlimat siyahısında” bir-bir yazılıb. Təlimatlar aşağıdakı kimi idi;
Siz Ruzvelt Otağına girəcək və iştirakçıları salamlayacaqsınız.
oturacaqsan.
Mətbuat nümayəndələri gələcək.
Siz 2 dəqiqəlik brifinq verəcəksiniz.
Mətbuat mənsubları otağı tərk edəcəklər.
Siz Liz Şulerə sual verəcəksiniz. (Xatırlatma: Liz görüşdə onlayn iştirak edəcək)
İştirakçılara təşəkkür edəcəksiniz.
Siz iştirakçılara təşəkkür edib otağı tərk edəcəksiniz.
Gültəkin Ələsgər