"Biz görünməmiş qlobal aclıq böhranı ilə qarşı-qarşıyayıq"
"Unikal" Reuters-ə istinadən xəbər verir ki, BMT baş katibi António Guterres ərzaq təhlükəsizliyi ilə bağlı iclas keçirən nazirləri ərzaq bazarlarını sabitləşdirmək və əmtəə qiymətlərindəki dəyişkənliyi azaltmaq üçün əməli addımlar atmağa çağırıb.
"Bu il real aclıq riski var. Ukraynadakı müharibə illərdir davam edən problemləri daha da ağırlaşdırdı: iqlimin pozulması, COVID-19 pandemiyası, dərin qeyri-bərabər bərpa. Somali, Yəmən və Cənubi Sudanda 460,000-dən çox insan BMT agentlikləri, regional qurumlar və yardım qrupları tərəfindən qida təhlükəsizliyini müəyyən etmək üçün istifadə olunan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatına (ICF) görə aclıqla üzləşir. Bu, bölgədə aclıq elan edilməzdən əvvəl atılan bir addımdır".
BMT katibinin sözlərinə görə, ICF-nin məlumatına əsasən, 34 ölkədə milyonlarla insan aclıqdan ölmək ərəfəsindədir.
“2022-ci ildə bir neçə yerdə aclığın elan olunacağı real risk var. 2023-cü il isə daha da pis ola bilər” deyən Quterreş XXI əsrdə kütləvi aclıq və aclığı qəbuledilməz adlandırıb.
BMT-nin baş katibi bildirib ki, “dünya buğda ixracının təxminən 29%-ni istehsal edən Ukrayna və Rusiya ticarəti lazımi qaydada bərpa etməyin yolunu tapmayana qədər böhranın effektiv həlli mümkün deyil”.
Gültəkin Ələsgər