Bu gün Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçıları baş nazir İrakli Qaribaşvilinin istefasını tələb ediblər.
"Unikal" Novosti-Georgia istinadən xəbər verir ki, onlar "Tzadi!" - "Get!" şüarları səsləndiriblər.
Aksiya müxalifətin “Sirtsxvilia” (“Ayıbdır”) hərəkatının vətəndaş fəalları tərəfindən təşkil olunub. Aksiya Avropaya inteqrasiyaya dəstək məqsədilə iyunun 20-də keçirilən “Ev, Avropaya” aksiyasının davamıdır, lakin “Oliqarx idarəçiliyi olmayan Gürcüstan!” şüarı altında keçirilir. Aksiyada Gürcüstanın 15 universitetinin tələbələri iştirak edir.
Etirazçıların tələblərinə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verməlidir.
Avropa Komissiyasının tövsiyələrini yerinə yetirəcək Milli Razılıq hökuməti yaradılmalıdır.
Aksiyaçılar tələblərin yerinə yetirilməsi üçün son tarix kimi bir həftə vaxt veriblər. İyulun 3-də Sirtsxviliya Rustavelidə növbəti mitinq keçirəcək - tələblər yerinə yetirilməsə, mitinq daimi mitinqə çevriləcək.
Aksiyanın təşkilatçıları xatırladıblar ki, status almaq üçün Gürcüstana təqdim olunan şərtlərdən biri də “deoliqarxizasiya”dır.
Gültəkin Ələsgər