Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bunu İranın Hörmüzqan vilayəti Kiş xəstəxanasının rəhbəri Mustafa Nadəlinejad deyib.
M.Nadəlinejadın sözlərinə görə, zəlzələ nəticəsində qorxudan 4 nəfər özünü binadan atıb. Onlardan biri ölüb.
Nadəlinejad əlavə edib ki, yaralılardan 19 nəfəri kişi, 12 nəfəri isə qadın olub.
***
İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, yeraltı təkanların episentri Bəndər Lingə şəhərindən 51 kilometr şimal-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.