Türkiyənin Muğla vilayətindəki meşə yanğını tamamilə nəzarət altına alınıb, yaxın bir neçə gün ərzində ərazidə soyutma işləri aparılacaq.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
Nazir bildirib ki, Marmaris bölgəsində bir neçə gün davam etmiş yanğın nəticəsində 4.5 min hektar ərazi məhv olub, insan itkisi qeydə alınmayıb.
V.Kirişçi qeyd edib ki, alovun söndürülməsinə 3-ü Qatardan gələn 46 helikopter və 1-i Azərbaycandan gələn 15 yanğınsöndürən təyyarə, o cümlədən 4587 yanğınsöndürən cəlb olunub.