Ukrayna ətrafında yaranan vəziyyət çox güman ki, danışıqlar masası arxasında həll olunacaq.
"Unikal" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.
“Ukrayna-Rusiya müharibəsi çox güman ki, danışıqlar masası arxasında başa çatacaq. Biz Ukraynanın mümkün qədər güclü olmasını istəyirik, onun suveren və müstəqil Avropa dövləti kimi qalması üçün məsuliyyət daşıyırıq. Bunun ən yaxşı yolu Ukraynaya güclü hərbi və iqtisadi dəstəkdən və Rusiyaya qarşı sərt sanksiyalardan keçir”, - NATO-nun Baş katibi bildirib.