Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü təşkil edilib.
"Unikal" xəbər verir ki, tədbir Akademiyanın rektoru prof. Hüseyn Qaraşovun məzun və qonaqlara müraciəti ilə başlayıb. Gələcəyimizin aydın gənclərə bağlı olduğunu bildirən rektor məzunlara gələcək həyatlarında uğur və müvəffəqiyyət arzu edib.
Daha sonra məzun valideyn və yaxınları söz alıb, öz övladları, doğma Akademiya haqqında gözəl təəssüratlarını bölüşüblər. O cümlədən məzunlar söz alaraq təhsil prosseslərindən, yadda qalan xatirələrindən bəhs ediblər. Doğma Akademiyadan bakalavr səviyyəsi üzrə Sosial iş kafedrası üzrə 52, Maliyyə-iqtisad kafedrası üzrə isə 33 tələbə, o cümlədən magistratura səviyyəsi üzrə isə 4 tələbə məzun olub.
Məzun gününün bədii hissəsində Akademiyanın tələbələri və dəvət olunmuş qonaqlar tərəfindən mahnılar səslənib, məzunlarla müəllimlərin qarşılıqlı rəqsləri ilə irəliləyən tədbir gözəl xatirə və anlarla yadda qalıb.