Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
"Unikal"ın məlumatına görə, Prezidentin sərəncamı ilə iki nəfər "general-leytenant” hərbi rütbəsi ilə təltif olunub.
Onlar general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir.
Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində çalışır. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ildə alıb.
General-mayor Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisidir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.