Özbəkistanda prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması barədə qanun layihəsi hazırlanıb.
"Unikal" xəbər verir ki, sənəddə ölkənin əsas qanununa edilməsi nəzərdə tutulan bir çox dəyişiklər arasında prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması və ölüm hökmünün qadağan edilməsi barədə təklif də yer alıb.
Prezidentin təklif etdiyi konstitusiya qanunu layihəsi ümumxalq müzakirəsindən sonra referenduma çıxarılacaq.