Şanxayda mart ayından bəri ilk dəfə olaraq sutka ərzində COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Şanxay şəhər administrasiyası məlumat yayıb.
Hakimiyyət orqanları iyunun 27-dən etibarən ibtidai və orta məktəb siniflərində əyani məşğələlərin bərpa olunması barədə qərar qəbul edib. Lakin bunun üçün məktəb işçiləri, şagirdlər və onların valideynləri COVID testindən keçməlidir. Həmçinin məktəblərdə böyük qruplar halında toplaşmaq qadağan olunub.