Növbəti həftə daha iki rayon və şəhərdə "açıq mikrafon" aksiyası keçiriləcək.
"Unikal xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (28.06.2022- 01.07.2022 tarixləri) daha 2 rayon və 2 şəhərdə “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin ikinci günü saat 11:00-da Gəncə şəhərində (Qələbə Parkı), 3-cü günü saat 11:00-da Samux rayonunda ( Arif Nəbiyev 54, İcra nümayəndəliyi) 4-cü günü 15:00 da Goranboy rayonunda (Gənclər Parkı) , 5-ci günü saat 11:00-da Naftalan şəhərində (Nəriman Nərimanov Parkı ) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.