Orduda dekan və müəllimləri daşıyan mikroavtobusun aşması nəticəsində 1 dekan həyatını itirib, 2-si ağır olmaqla 19 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, qəza, Gölköy mahalı, Ulugöl Cihadiyə Məhəlləsində meydana gəlib. Ordu Universitetində keçirilən 27-ci İlahiyyat və İslam Elmləri Fakültələri Dekanlar Şurasının toplantısında iştirak etmək üçün şəhərə gələn dekan və müəllimlər bu gün səfər üçün Ulugölə gediblər.
Turdan sonra geri qayıdan 52 AD 835 dövlət nömrə nişanlı mikroavtobus döngəni dönə bilməyib və aşıb. İzmir Katip Çələbi Universiteti İlahiyyat Fakültəsinin dekanı Prof. Dr. Sıddık Qorxmaz hadisə yerində həyatını itirib. 2-si ağır olmaqla, dekan, müəllimlər və ailələri də daxil olmaqla cəmi 19 nəfər yaralanıb.