Ukrayna Avropa Komissiyasının bir sıra şərtlərinə əməl etmədiyi təqdirdə Avropa İttifaqına namizəd statusundan məhrum edilməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə RBC-Ukrayna baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina ilə telemarafonun efirində yayımlanan müsahibəsinə istinadən məlumat verib .
O qeyd edib ki, Avropa Şurasının qəbul etdiyi qərar Avropa Komissiyasının tövsiyəsindən fərqlənir. Orada deyilir ki, Aİ liderləri Ukraynaya Avropa perspektivi verib və dövlətə namizəd statusu vermək qərarına gəliblər. Eyni zamanda o əlavə edib ki, biz qeyd-şərtsiz namizəd statusu almışıq.
"Yeddi şərtlə. Qərarda nəzərdə tutulub ki, ilin sonunda Avropa Komissiyası bu şərtlərin yerinə yetirilməsinə qiymət verəcək və bundan sonra üzvlüklə bağlı sonrakı mərhələlər müəyyən ediləcək. Yəni bu yeddi şərt bir-birinə bağlı deyil"- Stefanişina bildirib.
O vurğulayıb ki, Avropa Şurasının qərarında bu şərtlərə əməl edilmədiyi təqdirdə namizəd statusunun geri götürülməsi qeyd olunmur.
Xatırladaq ki, Avropa Komissiyası Ukraynanın Aİ üzvlüyünə namizədliyinin verilməsi ilə bağlı tövsiyədən sonra 7 şərt irəli sürmüşdü. Bildirilib ki, tələblərə əməl olunmadığı təqdirdə ölkə statusundan məhrum edilə bilər.
Gültəkin Ələsgər