Çin alimləri beyin impulslarından istifadə edərək insanın pornoqrafiyaya baxdığını başa düşə bilən cihaz hazırlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "South China Morning Post"-un saytında yer alıb.
Sistemin cihazı haqqında ətraflı məlumat verilmir. Lakin məlumdur ki, onun vəzifəsi bir şəxs tərəfindən pornoqrafiyaya baxılmasını aşkar etmək və kompüter və ya smartfonun ekranına baxılan məzmunun qanunsuzluğu barədə bildiriş göndərməkdir. Cihazın prototip mərhələsində olduğu və 15 kişi üzərində sınaqdan keçirildiyi də bildirilir. Test nəticələrinə görə, sistem 80 faiz səmərəlilik göstərib.
Tədqiqatçılar neyron şəbəkə filtrləri ilə də təcrübə aparırlar. Bununla belə, qeyd olunur ki, porno məzmunun süzülməsi vəziyyətində süni intellekt hələ də insandan daha pis işləyir.
Ramil Zeynallı