Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.
"Unikal" xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.
Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.