"2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30-cu ili tamam olub. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır".
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin islam konfransının 11-ci sessiyasının iştirakçılarına müraciətində bəyan edib.
"Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib, üzv dövlətlər arasında həmrəyliyi, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərib. Biz bundan sonra da, bu işə hər tərəfli töhvəmizi verməyə davam edəcəyik. Bu illərdə İƏT-in fəal üzvü kimi Azərbaycan üzv dövlətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar çərçivəsində öz əməkdaşlıq əlaqələrini qurub. Bakı şəhəri İƏT-ə üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi edib.
2017-ci ildə Azərbaycanda islam həmrəyliyi ili elan olunub və 54 dövlətin iştirakı ilə 4-cü islam həmrəylik oyunları keçirilib. İƏT Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini pisləyən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan, ölkəmizin suverənliyini, ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr və bəyatnatlar qəbul edib. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq, ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra edib. Müharibə zamanı İƏT tərəfindən nümayiş olunan qətiyyətli mövqe və Azərbaycana verilən dəstəyi aşqışlayırıq.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur coğrafi mövqeyi, unikal relyef müxtəlifliyi, füsunkar təbiəti, qədim tarixi abidələri ilə zəngin turist potensialına malik bölgələrdir. Hazırda "Yaşıl Enerji" zonası elan edilmiş bu ərazilərdə aparılan geniş miqyaslı yenidənqurma və bərpa işləri "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına uyğun həyata keçirilir.
Əfsuslar olsun ki, Ermənistan bu ərazilərdəki bütün mədəni irsimizi, o cümlədən islam dininə aid bütün abidələri dağıdıb, 67 məsciddən 65-ni yerlə yeksan edib, qalan məscidlərə isə ciddi zərər vurub, heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədərək, təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hislərini təhqir edib. Ermənistan burada həmçinin ekosit törədərək meşələrimizi məhv edib, torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləndirib, şəhər və kəndlərimizi dağıdıb, çoxsaylı minalar basdırıb. İƏT əvvvəllər işğal altında olmuş ərazilərimizdə islam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənsitan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləyib, məscidlərin təhqir edilməsini şiddətlə qınayıb. Biz buna görə, üzv dövlətlərə və İƏT baş katibliyinə bir daha təşəkkürümüzü bildiririk", - deyə dövlət başçısı bəyan edib.