Səbayelin icra başçısı Asif Əsgərov prezidentin tapşırığını vecinə almr - FAKT
13:11 27-02-2013
CƏMİYYƏT
İcra başçısının sahibkarlara ünvanladığı müraciətdə nədən bəhs edilir?
Səbayel rayonun icra başçısı Asif Əsgərov ölkə prezidenti İlham Əliyevin son müşavirəsində sahibkarlarn fəalliyətinə müdaxilə edilməməsi, onların incidilməməsi barədə tələblərinə məhəl qoymur.
“Azadlıq” qəzetinə bunu sübut edən rəsmi sənəd daxil olub. Bu Səbayel rayonunun icra başçısının müavini Yavər Allahverdiyevin imzası ilə sahibkarlardan birinə göndərilən rəsmi müraciətdir. Müəyyən səbəblərə görə sahibkarın adını çəkmirik. Amma sənədin mətnini olduğu kimi oxucuların diqqətinə çatdırırıq: “Qarşıdan gələn Novruz bayrası münasibətilə rayonda yaşayan üç min beş yüzə yaxın şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə, yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə, Çernobıl əlillərinə, tənha insanlara, yataq xəstələrinə və bu qəbildən olan aztəminatlı ailələrin hər birinə 5 (beş) kq un, 3 (üç) kq şəkər tozu, 1 (bir) litr bitki yağı, 1 (bir) kq kərə yağı, 0.5 kq çay olmaqla ərzaq bağlamalarının verilməsi nəzərdə tutulmuşdur.
Keçiriləcək xeyirxah tədbirdə Sizin təşkilat tərəfindən 20 ailəyə bayram sovqatının verilməsi xahiş olunur.
Göstərdiyiniz dəstəyə görə əvvəlcədən minətdarlığımızı bildiririk.
Hörmətlə, RIH başçısının müavini Yavər Allahverdiyev".
Eyni məzmunlu müraciət rayonda fəaliyyət göstərən bütün sahibkaralara ünvanlanıb. Əldə etdiyimiz başqa məlumatlara görə, oxşar proses digər rayonlarda da baş verir.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50