Kremençuq Şəhər Şurasının deputatı Gennadi İvanyan Rusiyanın Amstor ticarət mərkəzinə raket hücumu nəticəsində yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bildirilir ki, raket hücumu zamanı Gennadi İvanyan ticarət mərkəzində olub. O, Amstor raket hücumundan sonra vəziyyəti ağır olan səkkiz nəfərdən biridir.
Xatırladaq ki, Rusiya qoşunları dünən, iyunun 27-də Poltava vilayətinin Kremençuk şəhərinə raket zərbəsi endirib. Raketlərdən biri ticarət və əyləncə mərkəzinə düşüb.Daha əvvəl 18 nəfərin öldüyü, 59 nəfərin yaralandığı bildirilib.
Gülayə Mecid