Səhiyyə Nazirliyi Bakı şəhərində 2 saylı doğum evinin uzun müddətdir açılmamasına aydınlıq gətirib.

Nazirlikdən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda gətirilən avadanlıqlar quraşdırılır və tənzimlənir:

"Son hazırlıq işləri tamamlandıqda xəstəxananın açılışı barədə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

***

28 iyun, 13:45

Bakı şəhər 2 saylı doğum evində aparılan təmir işləri başa çatsa da, hələ də açılışı olmayıb.

"Unikal" xəbər verir ki, 2019-cu ildə İlham Əliyevin sərəncamı ilə Prezidentin ehtiyat fondundan sözügedən tibb müəssisəsinin təmiri üçün vəsait ayrılıb.  

Təmir işləri 2022-ci ilin yanvarında başa çatsa da, 6 aydır ki, açılış edilmir.

Gülayə Mecid