ABŞ Prezidenti Co Bayden bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığı zamanı Prezident Bayden Ərdoğanı Madriddə keçiriləcək NATO Sammitində görməyi səbirsizliklə gözlədiyini qeyd edib.
Liderlər Madriddə Rusiyanın Ukraynaya müdaxiləsinin Transatlantik regionun təhlükəsizliyi üçün nəticələrini və Alyansa qarşı terror kimi digər təhdidləri müzakirə edəcək, həmçinin Alyansın kollektiv müdafiəsinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün tarixi qərarlar qəbul edəcəklər.