Avqustun 15-də Alyaskada keçiriləcək görüş Rusiya prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampdan bunu istəməsi səbəbindən baş tutacaq.

"Unikal" xəbər evrir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə jurnalistlərin Ukrayna lideri Vlolodimir Zelenskinin görüşə niyə dəvət edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Bu görüş ona görə baş tutacaq ki, Putin Trampdan görüş istəyib”, - deyə o bildirib. 

O əlavə edib ki, danışıqlar masasında Ukraynadakı müharibənin yalnız bir tərəfi təmsil olunacaq.

Livitt Trampın gələcəkdə ABŞ, Rusiya və Ukraynanın iştirak etdiyi üçtərəfli sammitin keçirəcəyinə ümid etdiyini bildirib.