Rusiya Prezidenti Vladimir Putin üçün iqamətgah tikən Sankt-Peterburqdan olan iş adamı həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Milyarder, "Forum" holdinqinin rəhbəri olan Dmitri Mixalçenko 2014-cü ildə Vladimir Putinin iqamətgahını tikmət üçün sifariş alıb. Onun şirkəti Oqareva-53 obyektində qəbul evi, idman zalı olan mehmanxana, komendatura, qaraj, park avadanlıqlarının saxlanması üçün anqar, nəzarət-buraxılış məntəqəsi və s. tikməli idi.
İttiham tərəfi məhkəmədə bildirib ki, Mixalçenko şişirilmiş qiymətlərdən istifadə edərək, bu tikinti zamanı materialların və əməyin qiymətini həddindən artıq qiymətləndirib.
Biznesmen Putinin iqamətgahında oğurladığı pulları Sankt-Peterburq şəhəri yaxınlığındakı Bronka dəniz daşıma kompleksinin tikintisinə xərcləyib.
Lakin bu, onu cinayət məsuliyyətindən xilas etməyib. Mixalçenko xüsusilə 1,2 milyard rubl mənimsəməkdə ittiham olunur.
Məhkəmə prokurorun vəsatətini təmin edib və milyarderə 20 il həbs cəzası verib. Bundan əlavə, Dmitri Mixalçenko hələ də 1 milyon rubl cərimə ödəməlidir.
Gülayə Mecid