İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Xəzər dənizində baza xətlərinin çəkilməsinə dair sazişin bağlanması üzrə işləri sürətləndirməyə çağırıb.
"Unikal" iran mətbuatına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin nazirlərinin iclasında çıxışı zamanı deyib:
"Tehran beştərəfli mexanizmləri, o cümlədən Rusiyanın Xəzərdə əməkdaşlıq strukturunun tamamlanması və formalaşdırılması ilə bağlı son təklifini dəstəkləyir".
O qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından dörd il keçib. Dəniz sərhədlərinin müəyyən edilməsi və “demarkasiya” kimi çox vacib məsələlər həll edilsə də Xəzər dənizinin dibi və yeraltı sərvətləri hələ müəyyən edilməyib.
O, həmçinin ilkin göstəricilərin müəyyən edilməsi üzrə saziş üzərində işi sürətləndirməyə çağırıb:
“Aydındır ki, ilkin göstəricilərin müəyyən edilməsi Konvensiyanın həyata keçirilməsinə gətirib çıxaracaq”, o vurğulayıb.
Onun sözlərinə görə, Tehran Xəzər dənizi regionunda sabitlik və təhlükəsizliyin yaradılması üçün kollektiv mexanizmin tərəfdarıdır.
Gültəkin Ələsgər