Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətinin Rusiya Federasiyasına qoşulması üçün referendum keçiriləcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xersona təyin etdiyi Hərbi-Mülki Administrasiya (CAA) rəhbərinin müavini Kirill Stremousov "Telegram" kanalında yayımlanan videoda bildirib.
O, qeyd edib ki, artıq hakimiyyət orqanları regionun məsələsini həll edəcək referendumun hazırlanmasına başlayıb: "Bəli, biz referenduma hazırlaşırıq - və biz onu keçirəcəyik. Xerson vilayəti Rusiya Federasiyasının tərkibinə daxil olmağa qərar verəcək, bu, tam hüquqlu subyektə çevriləcək".
Ağarza Elçinoğlu