NATO Zirvə Toplantısının keçirildiyi İspaniyanın Madrid şəhərində Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden qısa görüş keçirib.
"Unikal" xəbər verir ki, iki liderin yaxın saatlarda təkbətək görüşü baş tutacaq. Görüşün məzmunu hələlik açıqlanmasa da ABŞ-la ən mühüm məsələnin F-16 qırıcıları ilə bağlı olacağı fikirləri var.
Ərdoğan Sammit öncəsi açıqlamasında bu məsəsləyə toxunmuşdu:
"F-16 məsələsi hələ də müzakirə mövzusudur, gecikdirmə taktikası hələ də davam edir. Bunlar müzakirə olunacaq. Qərarlı mövqeyimizdən güzəştə getməyəcəyik və yürüşümüzə eyni şəkildə davam edəcəyik"-deyə Türkiyə prezidenti bildirib.
Bu görüşdə Türkiyənin ABŞ-dan 40 yeni təyyarə alması və mövcud F-16-ların modernləşdirilməsini əhatə edən tələbinin yekunlaşacağı gözlənilir.
Gültəkin Ələsgər