Polşa, Rumıniya və Baltikyanı ölkələr də daxil olmaqla, Avropanın bir çox ölkələrinə yeni daimi dislokasiyalar ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Buna uyğun olaraq ABŞ ordusu Avropaya yeni daimi yerləşdirmələr edəcək .
ABŞ prezidenti Co Baydenin Madriddə keçirilən NATO Sammitində Avropanın təhlükəsizliyini dəstəkləmək üçün uzunmüddətli yerləşdirmələrlə bağlı bəyanatından sonra Pentaqon bu yeni addımların təfərrüatlarını paylaşıb.
Pentaqonun açıqladığı sənəddə ABŞ-ın Polşaya daimi olaraq 5-ci Korpus Qərargahının forpostu, Quru Qoşunlarının qarnizon qərargahı və səhra dəstək batalyonunu yerləşdirəcəyi bildirilib:
"NATO-nun şərq cinahındakı ilk daimi ABŞ qüvvələri olan bu qüvvələr komandanlıq və nəzarət imkanlarımızı, NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini və əvvəlcədən yerləşdirilmiş avadanlığın idarə edilməsini gücləndirəcək. Bu fəaliyyət Polşanın NATO-nun müharibədə çəkindirmə və müdafiə mövqeyini dəstəkləməkdəki mərkəzi roluna əsaslanır" sənəddə qeyd olunub.
Sənəddə o da bildirilir ki, ABŞ bu ölkədə mövcud müvəqqəti dislokasiyasını, o cümlədən zirehli döyüş briqadası və aviasiya briqadasını da davam etdirəcək. Döyüş briqadası isə növbə ilə Rumıniyada yerləşdiriləcək.
Baltikyanı regionda zirehli bölmələrin, hava, hava hücumundan müdafiə və xüsusi əməliyyat qüvvələrinin alternativ yerləşdirilməsi regionun təhlükəsizliyini gücləndirmək, qarşılıqlı fəaliyyət qabiliyyətini yaxşılaşdırmaq, ABŞ qüvvələrinin çevikliyini və döyüş hazırlığını nümayiş etdirmək üçün davam edəcək.
Bunlara əlavə olaraq, ABŞ-ın İspaniya administrasiyası ilə birlikdə İspaniyada yerləşən esmineslərin sayını 4-dən 6-ya çatdırmaq üçün çalışdığı bildirilib.
Sənədlə Britaniya Lakenheath bazasına iki F-35 eskadronu yerləşdirməklə Avropaya dəstəyini davam etdirəcək. ABŞ Almaniyada hava hücumundan müdafiə artilleriya briqadası qərargahı, qısa mənzilli hava hücumundan müdafiə batalyonu, döyüş dəstək batalyonu qərargahı və mühəndis briqadası qərargahı yaradacaq və ümumilikdə 625 əlavə hərbi personal göndərəcək.
Pentaqon sənədində ABŞ-ın İtaliyaya qısa mənzilli hava hücumundan müdafiə batareyası göndərəcəyi və 65 əsgərdən ibarət bu batareyanın Nazirlik tərəfindən yerləşdirilən qısa mənzilli hava hücumundan müdafiə batalyonunun alt bölməsi olacağı da bildirilib.
Gültəkin Ələsgər