Rusiya Federasiyasının prezidenti Vladimir Putin hələ də Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək niyyətindədir.
"Unikal" "Reutes" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Avril Haynes bildirib.
A. Haynes deyib ki, Amerika kəşfiyyat xidmətləri qarşıdurmanın ən çox ehtimal olunan ssenarisini ağır münaqişə hesab edir: "Bu zaman rus işğalçıları yalnız müəyyən uğurlar əldə edəcək, lakin Putin istəyinə çata bilməyəcək".
Ramil Zeynallı