Rusiyanın İrəvandakı səfirliyi qarşısında qarşıdurma baş verib.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, silahlı insident 2020-ci ilin dekabrın 13-də Xocavənd rayonunun Çaylaqqala kəndi ərazisində terror əməliyyatına cəlb olunan və sonradan Azərbaycan ordusunun hərbçiləri tərəfindən ələ keçirilən erməni terrorçuların qohumları ilə polis əməkdaşları arasında baş verib.
Terrorçuların qohumları Rusiya səfirliyinə gələrək övladlarının vətənə qaytarılması üçün əməli addımların atılmasını tələb ediblər.
Bundan əvvəl, onlar iyunun 28-də Rusiyanın Gümrüdəki Baş Konsulluğunun binası qarşısında hələ də Bakı həbsxanasındakı erməni terrorçularının tezliklə qaytarılması üçün addımların atılması tələbi ilə oxşar aksiya keçiriblər. Rusiya Federasiyasının baş konsulu Ruslan Kandaurov terrorçuların beş valideyni ilə görüşüb. O, onları dinləyib və onların tələbini Rusiyanın ER-dəki səfiri Sergey Kopırkinə çatdıracağına söz verib.
Xatırladaq ki, 44 günlük vətən müharibədən sonra dekabrın 12-də Azərbaycan tərəfinin nəzarətində olan kəndlərə hücum əməliyyatları təşkil etdikləri zaman Şirak rayonundan 62 erməni hərbi terrorçusu ələ keçirilmişdi. İndiyədək şiraklı terrorlçulardan 29-u Ermənistana qaytarılıb.
Gültəkin Ələsgər