Türkiyənin "Atv" telekanalında yayımlanan "Yalnız kurt" serialı ilə bağlı qərar verilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsüm finalından sonra siyasi səbəblərə görə yayımdan qaldırıldığı deyilən ekran işi ikinci mövsümdə də nümayiş olunacaq.
Bu barədə serialın rejissoru Osman Sınav məlumat verib. O bildirib ki, iyulun 30-da "Yalnız kurt"un çəkilişlərinə start veriləcək.
Qeyd edək ki, ekran işində baş rolları Hasan Denizyaran və Cihan Ünal paylaşır.