Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib.
"Unikal" xəbər verir ki, bu barədə iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə deyib.
Azərbaycanın dövlət başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını deyib.
Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd edib və ikitərəfli münasibətlərimizin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.