Ekvadorun Asuay, İmbabura, Sukumbios və Orelyana əyalətlərində hökumət əleyhinə nümayişlər fonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
"Unikal" "El Universo" qəzetinə istinadən xəbər verir ki, bu barədə qərarı ölkə prezidenti Gilyermo Lasso imzalayıb.
"Respublika Prezidenti Gilyermo Lasso ciddi daxili iğtişaşlar səbəbindən Asuay, İmbabura, Sukumbios və Orelyana əyalətlərində 30 günlük fövqəladə vəziyyət rejimi elan edib", - deyə sənəddə bildirilir.