ABŞ-ın Texas ştatında yük avtomobilində aşkar edilmiş miqrantlar arasında ölənlərin sayı 53-ə çatıb.
"Unikal" xəbər verir ki, miqrantların olduğu yük avtomobili 2 gün əvvəl aşkar edilib. Polis avtomobildə 49 nəfərin cəsədini tapmışdı. Qalan 11 nəfər isə xəstəxanaya yerləşdirilib.
Ölən 53 nəfərdən 27-i Meksika, 14-ü Honduras, 7-si Qvatemala vətəndaşıdır. Digərlərinin şəxsiyyəti müəyyən edilir. Həkimlərin rəyinə görə, avtomobildəkilər susuzluqdan həlak olub.
Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun narkotik vasitənin təsiri alrında avtomobili idarə etdiyi bildirilir. 53 nəfərin ölümündə təqsiri sübuta yetirilərsə onu ölüm cəzası gözləyir.