Ukrayna Yaponiyadan əlavə humanitar yardım alacaq.
"Unikal" xəbər verir ki, "Japan Today"ın məlumatına görə, yardımın həcmi 100 milyon dollardır.
Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin Ukraynaya hər cür köməklik göstərəcəyini qeyd edib. Onun sözlərinə görə, 100 milyon dollar tibbi avadanlıqların alınmasına və məcburi köçkünlər üçün müvəqqəti yaşayış evlərinin tikintisinə sərf olunacaq.
Bundan əlavə, Kişida bildirib ki, Yaponiya Ukrayna taxılının saxlanma imkanlarının genişləndirilməsinə kömək edəcək. Xüsusilə, Ukraynanın qərbində və qonşu ölkələrdə müvəqqəti taxıl anbarları tikiləcək.
Ağarza Elçinoğlu