Türkiyədə meymun çiçəyi xəstəliyinə ilk yoluxma faktı aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat verib.
"Xəstələrimizdən birinə meymun çiçəyi diaqnozu qoyuldu. Xəstənin 37 yaşı var, immun çatışmazlığı var. O, təcrid olunub. Əlaqə qurulub, başqa insident qeydə alınmayıb. Məlum olduğu kimi, bu xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasda olur", - nazir bildirib.
Ağarza Elçinoğlu
Bir hastamızda maymun çiçeği hastalığı tespit edildi. Hasta 37 yaşında, bağışıklık sistemi yetersizliği var. Kendisi tecrit edilmiş durumda. Temaslı takibi yapıldı, başka bir vakaya rastlanmadı. BİLİNDİĞİ GİBİ, bu hastalık solunum yoluyla değil, yakın fiziksel temasla bulaşıyor.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) June 30, 2022