Rumıniyada Ukraynaya məxsus 15 taxıl vaqonu relsdən çıxıb.
"Unikal" xəbər verir ki, bunu Ukrzaliznitsia (UZ) idarə heyətinin sədri Aleksandr Kamışin bildirib.
"Bu vaqonlar Rumıniya limanında taxıl boşaldandan sonra boş qayıdan 32 vaqondan ibarət qatarın bir hissəsi idi. Qatarda olan 32 vaqonun hamısı Ukraynanın özəl operatoruna məxsusdur", - Kamışin "Telegram" kanalında yazıb.
Təfərrüatlar araşdırılır.
Ağarza Elçinoğlu