Hakerlər Rusiyanın Belqorod şəhərindəki narkoloji klinikalardan birinin saytını sındıraraq diktator Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun və təhlükəsizlik nazirinin müavini Dmitri Medvedevin fotosunu yerləşdirməyə nail olublar.
"Unikal" xəbər verir ki, bu barədə "Kanal 24" məlumat yayıb. Belə ki, hakerlər sayta şəxslərin fotolarını yerləşdirərək, Putin və Lavrova şizofreniya, Medvedyevə isə parafreniya sindromu “diaqnozu qoyubLar”.
Hazırda klinikanın saytı açılmır.
Bundan əvvəl Mİ-6-nın (Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidməti) keçmiş rəhbəri Riçard Dirlav bildirmişdi ki, tezliklə Rusiya prezidenti Putin sanatoriyaya “düşəcək” və bunu öz istəyi ilə etməyəcək. Bundan sonra diktator hakimiyyətini itirəcək və 2023-cü ildə o, artıq həyatda olmayacaq.
Mayın 29-da “Daily Mirror” və bir sıra digər Avropa KİV-ləri FSB-dəki mənbəyə istinadən yazıblar ki, Putin “sürətlə irəliləyən xərçəng xəstəliyinin ağır formasına malikdir” və onun qaçılmaz ölümü ilə bağlı xəbərdarlıq edilib. Lakin Kreml bu xəbərləri təkzib edir.
Gülayə Mecid