Müğənni Rəqsanə İsmayılova özünün və övladlarının səhhətinin pis olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə müğənni "Instagram" hesabında paylaşım edib.
Onun sözlərinə görə, kiçik qızı Mehrimah və oğlu Məhəmmədin qızdırması 39-40 dərəcəyə qalxıb:
"Yaman pis xəstəlik yayılıb, özünüzü qoruyun. Xəstəlik həm uşaqlar, həm də böyüklər arasında yayılıb. Çox pis vəziyyətdəyəm. Səhərə qədər yatmamışıq. Körpələrinizi qoruyun. İndi uşaqlar bir az yaxşıdır, mən pis gündəyəm".