Ali Məhkəmənin hakimi Stiven Breyerin təqaüdə çıxma qərarından sonra ABŞ prezidenti Co Bayden tərəfindən namizədliyi irəli sürülən Ketanji Braun Cekson and içdikdən sonra ABŞ Ali Məhkəməsində vəzifəsinin icrasına başlayıb.

"Unikal" xəbər verir ki, Cekson Ali Məhkəmədə oturan ilk qaradərili qadın hakim kimi tarixə düşüb. Bu, ABŞ tarixində bir ilk olub. 

Qeyd edək ki, ABŞ-da 83 yaşlı Ali Məhkəmənin hakimi Stiven Breyerin təqaüdə çıxmaq qərarından sonra ABŞ prezidenti Co Bayden keçən fevral ayında Breyerin yerinə qaradərili Ketanji Braun Ceksonun namizədliyini irəli sürmüşdü. 51 yaşlı Ceksonun ötən ilin aprelində ABŞ Senatında vəzifəyə başlaması 3 Respublikaçı senatorun dəstəyi ilə, 53 əleyhinə 47 səslə təsdiqlənib.

Gültəkin