Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin rusiyalı deputatları "DXR" və "LXR" adlandıran partiyalara göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə Volodin “Zvezda” telekanalının verilişində deyib. O, Rusiya xalqının nümayəndələrinə yay tətilində respublikaya getməyi təklif edib.

“Orada (“LXR"-də – red.) Rusiya Federasiyasının bir milyondan çox vətəndaşı var, bu, onların deputatlıq vəzifələrinin yerinə yetirilməsidir”, - deyə spiker bildirib.

Xatırladaq ki, Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib və bu ərazilərin bir hissəsində qondarma “DXR” və “LXR” yaradıb. 

Gülayə Mecid